Aprelin 22-si məşq zamanı halı pisləşən “Qarabağ”ın futbolçusu Şirxan Həsənzadə günün ikinci yarısında “Layf Bona Dea Hospital”a köçürülüb.

Bu barədə hospitalın mətbuat katibi Samir Oruc BUTA.TV-a açıqlamasında qeyd edib.

“Futbolçunun ürək funksiyalarının zamanla ciddi pozulduğu müşahidə olunduğundan, gecə saatlarında ürək-ağciyər sisteminə dəstək üçün ECMO cihazına qoşulması qərarlaşdırılmışdır”, - o bildirib.

S.Oruc qeyd edib ki, hazırda xəstənin vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.