Bu, Pxenyanın məhvinə səbəb olacaq - Bayden
Şimali Koreyanın ABŞ-a nüvə silahı ilə mümkün hücumu bu ölkənin hakim rejiminin məhvinə səbəb olacaq.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Şimali Koreyanın ABŞ-a, onun müttəfiqlərinə və ya tərəfdaşlarına nüvə hücumu qəbuledilməzdir və bu cür addımlar rejimin məhvinə səbəb olacaq”, - Bayden qeyd edib.