Sudanda ölənlərin sayı 500-ü keçdi
Sudanda baş verən silahlı qarşıdurmalar zamanı 512 nəfər həlak olub, 4193 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Sudan Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Qeyd edək ki, 15 apreldən Sudanda ordu ilə Xüsusi Reaksiya Qüvvələri arasında qanlı qarşıdurmalar yaşanır.