Ərdoğanın Mersin mitinqi təxirə salındı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah iştirakı planlaşdırılan Mersin mitinqi təxirə salınıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının (AKP) nümayəndəsi Erkan Kandemir deyib.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin bir neçə media orqanına müsahibə verərkən, özünü yaxşı hiss etmədiyini deyib və yayım dayandırılıb. Daha sonra yayım bərpa edilib.