Sudandan Türkiyə vətəndaşlarının təxliyəsi üçün silahlı qüvvələrə məxsus 2-si A400M olmaqla, 5 təyyarə göndərilib.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Sudana eniş edən təyyarələrdən biri yaxın zamanda vətəndaşları Türkiyəyə gətirmək üçün hava limanından qalxacaq.

Nazir sabah axşama qədər bütün Türkiyə vətəndaşlarının Sudandan təxliyəsinin tamamlanacağını əlavə edib.