ABŞ ordusuna məxsus iki helikopter Alyaskada təlim uçuşu zamanı qəzaya uğrayıb.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ hərbi komandanlığı məlumat yayıb.

Məlumata görə, “AH-64 Apaçi” helikopterləri Feyrbenks şəhəri yaxınlığındakı Fort Ueynrayt bazasından havaya qalxıblar.

Helikopterlərin göyərtəsində neçə nəfərin olduğu barədə məlumat verilməyib.