Rusiya ordusu Çerkassk vilayətinin Uman şəhərində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, raket zərbəsi nəticəsində 6 nəfər həlak olub, 17 nəfər isə yaralanıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.