"Altay" tankı hədəfləri yerli silahlarla vuracaq
Türkiyənin "Altay" tankının zərbə gücü yerli imkanlarla təmin olunacaq.
BUTA.TV xəbər verir ki, "Altay"ın 120 millimetr 55 kalibrli əsas silah sistemi ölkənin maşınqayırma və kimya sənayesi tərəfindən hazırlanır.
Qeyd edək ki, bir neçə gün öncə ilk milli "Altay" tankları sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.