Ən böyük vəzifəmiz türk dünyasının əlaqələrini daha da genişləndirməkdir.

BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Böyük Millət Məclisinin sədri Mustafa Şəntop TÜRKPA Şurasının 12-ci iclasında çıxışı zamanı deyib.

"Ənənəvi diplomatik tədbirlərlə həll edilə bilməyən məsələlər parlament diplomatiyası ilə həll oluna bilər. Problemlərin həlli yalnız qanunverici orqanlar arasında diplomatik əlaqələr vasitəsilə mümkündür”, - Şəntop qeyd edib.