FHN “Formula 1 Azərbaycan Qran Prisi 2023” yarışları ilə bağlı 15 nöqtədə xidmət göstərir.

Bu barədə BUTA.TV-a FHN-dən bildirilib.

Qeyd edilir ki, Bakı Şəhər Halqası və ətrafında baş verə biləcək fövqəladə hallar, o cümlədən yanğın təhlükəsizliyi, yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması, xilasetmə tədbirlərinin təşkili üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 15 nöqtədə 34 xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə fasiləsiz xidmətdədir.