Sabah ölkənin bəzi magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

BUTA.TV-ın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, aprelin 29-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq gecə və səhər magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.