Vətəndaşlarımızın təxliyəsi üçün gedən və yüngül silahla atəşə məruz qalan təyyarəmiz də daxil olmaqla, iki C-130 tipli təyyarəmiz təhlükəsiz şəkildə Sudandan havaya qalxıb.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.