Maşın azyaşlı bacı və qardaşı vurdu
İmişli rayonunda azyaşlı qardaş və bacını avtomobil vurub.
BUTA.TV xəbər verir ki, 2018-ci il təvəllüdlü İ.Məmmədov və bacısı, 2020-ci il təvəllüdlü E.Məmmədova yolu keçərkən avtomobil onları vurub.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.