Gədəbəydə maşın aşdı, sürücü öldü
Gədəbəy rayon Düz Yurd kənd ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BUTA.TV xəbər verir ki, Gədəbəy rayon sakini, 1998-ci il təvəllüdlü Sezar Səfərov idarə etdiyi avtomobili aşırıb.
O, qəza nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.