İsrail Suriyanın Homs əyalətindəki hədəflərinə raketlərlə zərbə endirib.

BUTA.TV xəbər verir ki, bu haqda SANA hərbi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, nəticədə 3 mülki şəxs yaralanıb. Zərbənin gecə yarısından sonra Livanın şimalındakı hava məkanından endirildiyi bildirilir.

Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinə ziyan dəyib, bir neçə yanacaq çəni isə yanıb.