Sürücülərin diqqətinə: Neftçilər prospektinin bir hissəsi açılır
29 aprel saat 22:00-dək Neftçilər prospektinin Azneft dairəsindən Dəniz vağzalına qədər olan hissəsi sürücülərin rahatlığı üçün açılacaq.
Bu barədə BUTA.TV-a Bakı Şəhər Halqasından məlumat verilib.
Hərəkət bir istiqamətdə, dayanma və durma olmadan həyata keçiriləcək.