Azərbaycan dövlətinin zəlzələnin baş verdiyi Qəhrəmanmaraş vilayətində inşa edəcəyi min ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən ibarət yaşayış kompleksinin necə olacağı ilə bağlı görüntülər yayılıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Haber Global” görüntüləri yayıb.

Azərbaycan məhəlləsi adı veriləcək ərazinin görüntülərini Türkiyənin İctimai Mənzil idarəsi yayımlayıb.

Qeyd edək ki, yaşayış kompleksinin bir il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur.