Ukrayna “Baykar”la 3 yeni müqavilə imzaladı
Ukrayna Türkiyənin PUA istehsal edən “Baykar” şirkəti ilə 3 müqavilə imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın strateji sənayelər naziri Aleksandr Kamışin məlumat verib.
“Bu müqavilələr ölkəmizə ixrac gəlirləri və yeni nəsil silahlar verəcək”, - nazir bildirib.
Kamışin müqavilələrin mətnini açıqlamayıb.
Qeyd edək ki, müqavilə İstanbulda keçirilən “Texnofest 2023” sərgisi çərçivəsində imzalanıb.