Ukraynalı jurnalist Baxmutda öldü
Ukraynalı jurnalist və hərbçi Vladimir Mukan Baxmutda döyüş tapşırığını icra edərkən həyatını itirib.
BUTA.TV xəbər verir ki, Ukrayna mediası məlumat yayıb.
“29 aprel 2023-cü ildə Baxmutda döyüş tapşırığının icrası zamanı Ukrayna Silahlı Qüvvələrinin kiçik leytenantı Vladimir Mukan qəhrəmancasına həlak olub”, - deyə bildirilib.