Türkiyə bu ölkədən təxliyəni tamamladı
Türkiyə vətəndaşlarının Sudandan çıxarılması prosesi yekunlaşıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
"1700-dən çox vətəndaşımız və yardım üçün müraciət edən 22 ölkənin 300-ə yaxın vətəndaşı Sudandan təhlükəsiz şəkildə təxliyə olunub", - nazirlik məlumatında qeyd edib.