ABŞ tezliklə Ukraynaya əlavə hərbi yardım paketi ayıracaq.

BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, ölkəsi Ukraynanın əks-hücum üçün istədiyi silahların demək olar ki, hamısını tədarük edib:

“Çox tezliklə göndərəcəyimiz silahları görəcəksiniz”.