Şırnakda neft: Ərdoğan xalqa elan edəcək
Quyuların qazılması və ehtiyatlarının qiymətləndirilməsi başa çatmaq üzrədir. Məlumatların ilk təxminləri müsbətdir, lakin biz yekun nəticələri gözləyirik.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz Şirnak vilayətinin Qabar dağı yaxınlığındakı neft ehtiyatları ilə bağlı danışarkən deyib.
Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın yekun məlumatları xalqla bölüşəcəyini bildirib.