İsrailin Hələbdəki beynəlxalq aeroporta və Neyrabdakı hərbi aerodroma endirdiyi zərbələr nəticəsində silah-sursat anbarı məhv edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Londonda yerləşən İnsan Haqları Təşkilatı məlumat yayıb.

Hava zərbələri Hələb aeroportunun bağlanmasına da səbəb olub.

Bundan başqa, Hələbin Əs-Səfir rayonundakı hərbi zavod da vurulub.

Qeyd edək ki, ötən gün İsrail Hərbi Hava Qüvvələri İranın Suriyadakı hədəflərinə zərbələr endirmişdi.