ABŞ nə qədər itki verdiyimizi bilə bilməz - Peskov
ABŞ Rusiyanın nə qədər itki verdiyini bilə bilməz.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Rəqəmləri havadan götürürlər. Vaşinqtonun dəqiq rəqəmləri bilmək imkanları yoxdur. Rusiya Müdafiə Nazirliyinin gündəlik açıqladığı rəqəmlərə istinad etmək lazımdır”, - Peskov bildirib.
Qeyd edək ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Baxmut yaxınlığındakı hərbi əməliyyatlar zamanı Rusiyanın 100 min əsgər itirdiyini (ölən və yaralananlarla birgə) açıqlamışdı.