Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 12 ədəd elektrik sayğacı yanıb.

Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a bildirilib ki, mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.