Azərbaycan ümumavropa qaz tədarükçüsüdür.

BUTA.TV xəbər verir ki, bu barədə Enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson özünün Tvitter hesabında bildirib.

"Bu gün (mayın 2-si - red.) mən Azərbaycanın energetika naziri Pərviz Şahbazovla strateji tərəfdaşlığımızı müzakirə etmək üçün AB-Azərbaycan Enerji Dialoqunu təşkil etdim. Azərbaycan ümumavropa qaz tədarükçüsüdür. Amma bizim əməkdaşlığımız qaz sektorundan kənara çıxır, çünki bərpa olunan enerji mənbələri sahəsində böyük potensial var", - K.Simson yazıb.

K.Simson qeyd edib ki, Avropa bu qışdan qaz anbarlarının yarısı dolu, daha stabil qaz qiymətləri və gələn qış üçün müsbət proqnozla çıxıb:

"Biz buna AB ölkələrinin vətəndaşlarının və Azərbaycan kimi etibarlı tərəfdaşlarımızın köməyi sayəsində nail olmuşuq. Hər ikimiz strateji tərəfdaşlığımızı reallaşdırmaq əzmindəyik".