Qəzzadan İsrailə 4 raket atıldı
Qəzza zolağından İsrail ərazisinə dörd raket atılıb.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib.
"Qəzza zolağından İsrailə doğru dörd raket atılıb. Raketlərdən biri İsrail ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, digər üçü isə açıq əraziyə düşüb", - deyə məlumatda bildirilir.