Ukrayna əks-hücuma başlayıb?
Əslində, Ukrayna Silahlı Qüvvələrinin cənub istiqamətində hərəkətləri əks-hücum hesab oluna bilər.
BUTA.TV xəbər verir ki, bunu Xerson vilayət şurası sədrinin birinci müavini Yuri Sobolevski deyib.
O, Ukraynanın öz ərazilərini geri qaytara biləcəyi ilə bağlı nikbinliyini bildirib:
"İşğal altında olan ərazilərdə indi baş verənlər sadəcə kabusdur. 21-ci əsrdə belə olmamalıdır. Bunlar işgəncələr, məcburi pasportlaşdırma, uşaqların deportasiyası və s.".