Çində zavodda müəmmalı partlayış: 9 ölü...
Çinin Şandon vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayışda həlak olanların sayı 9-a çatıb, bir nəfər hələ də itkin düşmüş hesab olunur.
BUTA.TV xəbər verir ki, bu barədə vilayət hökumətindən verilən məlumatda bildirilib.
Qeyd edək ki, bədbəxt hadisə mayın 1-də Lyaoçen şəhərindəki hidrogen-peroksid məhsulları istehsal edən zavodda baş verib, ardınca yanğın yaranıb.
Partlayışın hansı səbəbdən baş verdiyi bilinmir.