Messinin PSJ-ni tərk edəcəyi dəqiqləşdi
Fransanın PSJ komandasının üzvü Lionel Messi bu il Paris təmsilçisini tərk edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano məlumat verib.
O bildirib ki, Argentina millisinin kapitanı cari mövsümün sonunda müqaviləsini uzatmayacaq.
Qeyd edək ki, PSJ futbol klubu Lionel Messini iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırıb. Sözügedən qərar futbolçunun Liqa 1-də "Loryen"lə matçdan sonra özbaşına Səudiyyə Ərəbistanına getməsi ilə əlaqədardır. Həmin matçda parislilər 1:3 hesabı ilə məğlub olublar.