Türkiyə tələb etdi, İsveç parlamenti təsdiqlədi
İsveç NATO-ya üzvlüklə bağlı Türkiyənin tələblərindən birinin icrasına başlayıb.
BUTA.TV xəbər verir ki, İsveç parlamenti Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləmək üçün əsas tələblərindən biri olan konstitusiya dəyişikliyinə əsasən, terrorla mübarizə üzrə yeni cinayət məcəlləsi layihəsini təsdiqləyib.