“İmagine Dragons” dünya turnesi çərçivəsində ilk dəfə Bakıda çıxış edəcək.

Kult.az xəbər verir ki, bu barədə İticket.az saytı məlumat yayıb.

Məlumata görə, konsert 2023-cü il sentyabrın 2-də “Bakı Kristal Zalı”nda baş tutacaq.

Konsert üçün biletlərin qiyməti minimum 50 manat təşkil edir.