Korona ilə bağlı fövqəladə vəziyyət bitdi - ÜST
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVID-19) bağlı qlobal fövqəladə vəziyyətin başa çatdığını elan edib.
BUTA.TV xəbər verir ki, bu barədə ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.
O, 7 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanın artıq əvvəlki qədər təhülkə ərz etmədiyini deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, hələ də Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrində yoluxma halları aşkarlanır.