Polşa "Apaçi"lərlə Brest darvazasını bağlayır
ABŞ Polşaya “Apaçi” helikopterləri verəcək. Onlar NATO-nun şərq cinahında yerləşdiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Mariuş Blaşçak deyib.
Onun sözlərinə görə, helikopterlər ölkənin müdafiəsini gücləndirməyə kömək edəcək və Polşaya şərqdən hücumu qeyri-mümkün qılacaq.
“Biz təminat aldıq ki, ABŞ ordusu bizə öz resurslarından “Abrams” tankları ilə yaxşı işləyən “Apaçi” helikopterləri çatdıracaq. Onlar NATO-nun şərq cinahına gedəcək və Brest darvazasını bağlayacaq”, - Blaşçak bildirib.