9 May - Qələbə Günü ilə bağlı Kremldə ənənəvi paradın qəbulu mərasimi ləğv edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, daha əvvəl Peskov bildirmişdi ki, bu yaxınlarda pilotsuz təyyarələrin Kremlə gecə hücumuna baxmayaraq, Qələbə paradı baş tutacaq.