Ərdoğan izdihamlı şəkildə qarşılandı: 135 min insan... - Video
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseri şəhərinə səfər edib.
BUTA.TV xəbər verir ki, Türkiyə lideri Kayseridə izdihamla qarşılanıb.
Meydanda toplaşan insanların sayının çox olması Ərdoğanı xoşbəxt edib:
“Hava limanından buraya gələnə qədər toplaşan insanların sayı 135 mindir. Yol kənarında dayananlar xaric. Bu hələ rəsmi rəqəmdir. Bay Kamal, bax gör Kayseri nə deyir...”, - Ərdoğan bildirib.