SARS-CoV-2 virusunu məhv etmək çətindir - ÜST
COVİD-19 xəstəliyinə səbəb olan yeni koronavirus olan SARS-CoV-2-nin tamamilə məhv edilməsi çox çətindir.
BUTA.TV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi Maykl Rayan bildirib.
O qeyd edib ki, virusu tamamilə məhv etmək çətin olsa da, bunun yaratdığı ictimai təhlükəni aradan qaldırmaq mümkündür.