"Neftçi" Tovuzda böyük hesabla uduzdu
Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
BUTA.TV xəbər verir ki, günün ilk matçında "Neftçi" "Turan Tovuz"un qonağı olub.
Tovuz şəhər stadionundakı qarşılaşmada meydan sahibləri 4:0 hesablı qələbə qazanıb. "Neftçi"nin qapısına 17, 44 və 61-ci dəqiqələrdə Runi Eva, 21-ci dəqiqədə Roderik Miller yol tapıb.
33 tursan sonra "Neftçi" 61 xalla 3-cü, "Turan Tovuz" 35 xalla 6-cı pillədə qərarlaşıb.