Ukrayna hazırda cəbhə xəttində ehtiyac duyulan hərbi yardımın yeni partiyasını almaq üçün tərəfdaşları ilə işləyir və yaxın gələcəkdə bunu gözləyir.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, bu yardım xüsusilə Ukrayna ordusunun gücü və Ukrayna səmasının qorunması üçün lazımdır:

"Bu həftə başa çatmaq üzrədir - Ukrayna üçün çox məhsuldar həftədir. Və bu günlərdə biz may və iyun aylarında yeni tədbirlərə fəal hazırlaşırıq”, - o bildirib.