“Nemezis” abidəsi sökülməsə, Türkiyə əlavə tədbirlər görəcək.

BUTA.TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Türkiyə təkcə hava məkanının bağlanması ilə kifayətlənməyəcək, əlavə tədbirlər görməyə davam edəcək”, - Çavuşoğlu bildirib.

Qeyd edək ki, İrəvanda türk diplomatları qətlə yetirən “Nemezis” terror hərəkatına heykəl qoyulduğu üçün Türkiyə Ermənistan təyyarələrinə hava məkanını bağlayıb.