Türkiyənin Hatay şəhərində 4,3 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, episentri Altınözü rayonunda qeydə alınan zəlzələ yerin 5 kilometrliyində qeydə alınıb.

Zəlzələ ətraf şəhərlərdə də hiss olunub. Tələfat və dağıntı barədə məlumat yoxdur.