Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını İtaliyada davam etdirə bilər.

BUTA.TV xəbər verir ki, İsveçrənin "Qrasshoppers" klubunda çıxış edən 24 yaşlı hücumçu “Bari” komandasının maraq dairəsinə düşüb.

B Seriyasında çıxış edən komanda azərbaycanlı forvardı heyətinə qatmaq istəyir.

Qeyd edək ki, hazırda 62 xalla turnir cədvəlində üçüncü pillədə yer alan “Bari” elitaya vəsiqə uğrunda mübarizə aparır.