Quldurların əsir götürdüyü altı dənizçi azad olundu
Mart ayında Qvineya körfəzində dəniz quldurları tərəfindən hücuma məruz qalan “Monjasa Reformer” tankerinin əsir götürülmüş altı dənizçisi Nigeriyada azad edilib.
BUTA.TV xəbər verir ki, bu barədə gəminin sahibi – Danimarkanın “Monjasa” kompaniyası məlumat yayıb.
Dənizçilərin şəxsi məlumatları, o cümlədən vətəndaşlığı, həmçinin onların azad edilməsinin təfərrüatı açıqlanmayıb.