Bizim olan nə varsa Azərbaycanındır.

BUTA.TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan Ermənistanın torpaqlarını işğal etməyib: “Əksinə, 30 ildən sonra öz torpaqlarını azad edib”.

XİN başçısı həmçinin vurğulayıb ki, Türkiyə müdafiə sənayesi sahəsindəki uğurlarını artırmalıdır:

“Artıq müdafiə sənayesi ilə bağlı ehtiyaclarımızın 80 faizi yerli istehsaldır. Amma, bu, kifayət deyil. Müdafiə sənayesindəki işlərimizi davam etdirməliyik”.