Vətən müharibəsindən sonra 80 min hektardan artıq sahə minalardan təmizlənib.

BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, 87 mindən artıq partlamamış sursat aşkarlanıb:

“Minatəmizləmə işləri hazırda ermənilərin ən çox mina basdırdığı Ağdam və Füzuli rayonları istiqamətində aparılır”.