Mayın 10-də saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Sevinc Fəxrəddin qızı Quliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən S.Quliyevanın həyat yoldaşı, 1977-ci il təvəllüdlü Zöhrab Quləli oğlu Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə könüllü gəlib.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.