Bu ölkələrin hərbçiləri ukraynalı zabitlərə təlim keçəcək
Kanada və Latviya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin kiçik zabitlərinin birgə təliminə başlayacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand məlumat verib.
“Bu gün elan edə bilərəm ki, Kanada və Latviya ərazisində ukraynalı hərbçilərə - kiçik zabitlərə birgə təlim keçəcək. Təlimlər gələn həftədən başlayacaq”, - nazir qeyd edib.