Ukrayna Silahlı Qüvvələrinin hücum briqadasının əsgərləri Baxmut yaxınlığında əməliyyatın ilk gününün görüntülərini yayıblar.

BUTA.TV xəbər verir ki, yayılan görüntülərdə Rusiyanın 72-ci briqadasının mövqelərindən geri çəkildiyi əks olunub.

Həmin gün döyüş nəticəsində 13 rus hərbçisi məhv edilib, daha 25-i yaralanıb, bir neçə sursat anbarı məhv edilib.

Briqadanın dərc etdiyi kadrlarda zirehli texnika və atəşin altında olan ukraynalı hərbçilərin ildırım sürəti ilə düşmən ərazisindən keçərək onunla sıx döyüşə girməsi əks olunub.