Yaponiyada güclü zəlzələ baş verdi
Yaponiyanın Tokio şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Yaponiyanın meteorologiya idarəsi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Tiba prefekturasının şimal-qərbində, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.