Özbəkistanın paytaxtı Daşkənddə yerləşən "Humo Arena" idman kompleksinin binası Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi şərəfinə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

BUTA.TV-ın məlumatına görə, binanın üzərinə "Heydər Əliyevin 100 yaşı var" sözləri proyeksiya olunub.

Bildirilib ki, bu videoproyeksiya Azərbaycan və Özbək xalqları arasındakı dostluq və qardaşlığı təcəssüm etdirir.